Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə səylər üçtərəfli bəyanatlara əsaslanmalıdır - Rusiya XİN 

Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə səylər üçtərəfli bəyanatlara əsaslanmalıdır - Rusiya XİN 

Hazırda oxunan: Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə səylər üçtərəfli bəyanatlara əsaslanmalıdır - Rusiya XİN 
85767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə səylər üçtərəfli bəyanatlara əsaslanmalıdır. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və nəşr departamentinin direktor müavini İvan Neçayev keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazın sülh və çiçəklənmə zonasına çevrilməsinin tərəfdarıdır: 

“Biz bu istiqamət üzrə işimizdə sırf qurucu mövqe tuturuq və heç kimlə rəqabət aparmaq niyyətində deyilik.

Bizim məqsədlərimiz konstruktivdir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz dəfələrlə qeyd etmişik ki, müvafiq səylər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-c il üçtərəfli bəyanatlarına əsaslanmalıdır”. 
“Regiona daxil olmayan ölkələr qeyd olunan razılaşmalar müstəvisində fəaliyyət göstərəcəksə və onların reallaşmasına xidmət edəcəksə, biz bu ölkələrin prosesə qoşulmasına qarşı deyilik. Ən əsası, kimisə zəiflətmək üçün səhnəarxası oyunların aparılmasına yol verməməkdir", - deyə Neçayev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO