BMT Baş Assambleyasının Prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT Baş Assambleyasının Prezidenti İlham Əliyevə təşəkkür etdi

Hazırda oxunan: BMT Baş Assambleyasının Prezidenti İlham Əliyevə təşəkkür etdi

78777

“Azərbaycan pandemiya ilə mübarizədə BMT-yə üzv dövlətlərin maliyyə, humanitar və tibbi ianələrinə dəstək vermək üçün ÜST-ün “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində ianə verib”. 

Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib. 

“Report”a müsahibə verən BMT Baş Assambleyasının Prezidenti Azərbaycan Prezidentinə vaksinlərin bərabər paylanması ilə bağlı qətnaməyə qoşulduğuna görə təşəkkürünü bildirib: 

“Bu təşəbbüs və dəstək pandemiya zamanı həmrəyliyin, insanların bir araya gəlməsinin ən gözəl nümunəsi idi. Mən həmçinin vaksinlərin bərabər paylanılması ilə bağlı Yeni İl Qətnaməsinə qoşulduğuna görə Azərbaycana xüsusi təşəkkür etmək istərdim. Qoşulmama Hərəkatının Sədri kimi 25 fevral 2022-ci il tarixində BMT-nin Baş Qərargahında çağırdığım “Universal peyvəndlənmə üçün səylərin artırılması” adlı yüksək səviyyəli tədbirdə videomüraciətlə çıxış etdiyi üçün Prezident İlham Əliyevə də təşəkkür edirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO