Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqının prezidenti Şarl Mişel arasında ikitərəfli görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib.
Xatırladaq ki, bir neçə saat əvvəl Şarl Mişelin dəvəti ilə Brüsselə gələn prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Bizim.Media