“Azərbaycan yarımçıq qalmış problemlər ölkəsinə çevrilir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisdə İCLAS - Bu məsələlər müzakirə olunur
Fazil Mustafa Qarabağ məsələsindən tutmuş, məhkəmə islahatlarına qədər bir çox işlərin yarımçıq qaldığına diqqət çəkib. Biz burda qanunlar qəbul edirik, Nazirlər Kabineti isə qanunlara dəyişiklik edir. Məsələn, kitablara qoyulan ƏDV-nin ləğv olunması ilə bağlı qərar qəbul edilib. 5 aydır ki, heç bir nəticə yoxdur. Nəşriyyatlar sürünür.
Fazil Mustafa həmçinin, BNA-nın hələ də qanunsuz cərimələr yığdığını qeyd edib. Deputat şəhid ailələrinin mənzil problemi ilə bağlı da fikir bildirib:
"İcra hakimiyyətinə müraciət olunur, onlarınsa nə evi, nə torpağı var ki, versinlər. Ona görə də şəhid ailələrini yola verirlər".
Murad Əhmədov, Bizim.Media