- A-
- A
- A+
Siyasət
00:21 / 28.03.2015
2 dəq oxunma
“Dağlıq Qarabağda məskunlaşan əhali anlamalıdır ki...”x9d
Hazırda oxunan: “Dağlıq Qarabağda məskunlaşan əhali anlamalıdır ki...”x9d
73530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün peşə bayramını qeyd edən qurumun-Milli Təhlükəsizlik Nazirliyinin Dağlıq Qarabağdakı əhaliyə təsir etmək imkanları varmı və bu yetərlidirmi? Biz Qarabağ ermənilərini Azərbaycan konstitusiyasına və üçrəngli bayrağına necə biət etdirə bilərik?
Yüksək çinli keçmiş MTN zabiti İlham İsmayıl Moderator.az-ın bu sualını aşağıdakı kimi cavablandırıb:
"Bu gün peşə bayramını qeyd edən qurumun Dağlıq Qarabağ əhalisinə təsir imkanlarını dəyərləndirəndə öncə təsir deyəndə nəyi nəzərdə tutduğumuzu bilməliyik. İdeoloji təsir imkanları, perspektivdə Azərbaycanda yaşamağın üstünlükləri, status- kvonun dəyişməyəcəyi halda həyat şəraitlərinin daha da pisləşəcəyi və bu istiqamətdə erməni əhalisinə təsir etmək xüsusi xidmət orqanından çox, dövlətin digər qurumlarının fəaliyyətinə bağlıdı və bunun üçün dövlət proqramı olmalı, mərhələ-mərhələ həyata keçirilməli, erməni əhalisini nəyə və necə inandırmağın siyasəti müəyyənləşməlidi. İkinci təsir sırf güc, diversiya, partizan hərəkatıyla bağlıdı. Dağlıq Qarabağ ərazisində daim diversiya -təxribat işləri görən xüsusi təlim görmüş dəstələr olmalı, başqa agentura-əməliyyat tədbirləri həyata keçirilməlidi. Dağlıq Qarabağda yeni və köhnədən məskunlaşan əhali anlamalıdır ki, nə indiki, nə də gənc nəslin təhlükəsiz həyatı olmayacaq. Bu torpaqda firəvan yaşamağın yeganə yolu Azərbaycanın vətəndaşı olmaqdı. Peşə bayramını qeyd edən qurumun belə bir imkanlarının olub-olmaması barədə heç bir bilgim və təsəvvürüm yoxdu."
"Bizim xüsusi xidmət orqanları Dağlıq Qarabağa nüfuz edə bilirmi? İşğal olunmuş ərazilərdə baş verənlərlə bağlı informasiyanı ordan-burdan deyil, öz mənbələrindən ala bilirmi? Bəs Dağlıq Qarabağda yaşayan ermənilərin beynini ideoloji olaraq "yumaq" üçün potensialımız nə qədərdir?"
İlham İsmayıl bu suala cavabında deyir ki, "Dağlıq Qarabağa nüfuz etmək üçün xüsusi xidmət orqanının "xüsusi qiymətli agent" kateqoriyasına uyğun gələn, hadisələrə təsir etmək imkanları olan agentura şəbəkəsi olmalıdı. Təbii bu barədə təsdiqləyici və ya inkaredici heç nə deyilməyəcək. İnformasiyanı isə gizli və açıq mənbələrdən almaq mümkündü. Yenə də təbii ki, gizli mənbənin olub-olmaması müzakirə predmeti ola bilməz. Erməni beyninin ideoloji yuyulması, açığı perspektivsiz məsələdi, ona görə də başqa vasitələrdən istifadə olunması daha məqsədəuyğundu."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün




































































































