Putin türk dünyasının rəğbətini qazana biləcəkmi? – Türkiyəli ekspertdən Paşinyanın Moskva səfərinə ŞƏRH

Putin türk dünyasının rəğbətini qazana biləcəkmi? – Türkiyəli ekspertdən Paşinyanın Moskva səfərinə ŞƏRH

Hazırda oxunan: Putin türk dünyasının rəğbətini qazana biləcəkmi? – Türkiyəli ekspertdən Paşinyanın Moskva səfərinə ŞƏRH
70193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əgər Rusiya Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrini həll etsə, Ukrayna müharibəsi ilə itirdiyi reputasiyasının bir hissəsini geri qaytara bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında türkiyəli siyasi ekspert Qafqaz Siyasi Aaraşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay söyləyib.

Ekspertin fikrincə, Putinlə Paşinyanın görüşü bütün diqqəti Cənubi Qafqaza yönəldəcək. Bu görüşlə bağlı ilk növbədə Ermənistan müxalifəti Putinin Paşinyana qarşı sərt mövqedə olduğunu iddia edir.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli ekspert Ukraynanın müharibədən sonrakı XƏRİTƏSİNİ açıqladı - Bu ərazilər Rusiyada qalacaq? 


Mitinqlər təşkil etməklə Ermənistan müxalifəti Paşinyan üzərində təzyiq etməyə çalışır:  

“Əgər bu görüşdən sonra Azərbaycanla Ermənistan arasında sərhəd məslələri həll edilərsə və sülh müqaviləsinə gedən yolda sürətlənmə olarsa, Putin bu addımı ilə türk dünyasının dəstəyini özünə cəlb edə bilər. Əks halda isə o, Ukraynanın Donbas modeli kimi dağlıq Qarabağla bağlı bir model düşünsə, o zaman regional münaqişələr davam edəcək”.

Türkiyəli ekspertin fikrincə Putinin Paşinyanla görüşü mojor notlar üzərində olacaq.

“İndi Putin Cənubi Qafqazda təşəbbüsü və nəzarəti əldən verməmək üçün Paşinyanı Azərbaycan və Ermənistana təsirini saxlamaq üçün Moskvaya çağırıb. Ermənistan bəzi öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək”- deyə fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO