Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Hazırda oxunan: Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi
599877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Latviya səfirliyi Azərbaycana dron hücumunu pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

“Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən, hava limanına ziyan verən, mülki şəxslərin yaralanmasına səbəb olan və beynəlxalq hüququn prinsiplərini pozan dron hücumlarını şiddətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və stabilliyə dəstəyimizi bir daha vurğulayırıq”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO