“Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstək verməyə davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Ağalı kəndindəki bu mərasim tarixdə qalacaq” – İlham Əliyev
Türkiyə dövlət başçısının sözlərinə görə, Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda dayanıqlı sülhün tərəfdarıdır.
Bizim.Media