“Erməni politoloqları və ekspertləri arzu etdiklərini həqiqət kimi təqdim etməyi sevirlər”.
Bunu Moderator.az-a açılamasında Rusiya Federasiyasının Prezidenti yanında beynəlxalq siyasət şöbəsinin üzvü və prezidentin rəsmi nümayəndəsi Söyün Sadıqov Ermənistan ekspertlərinin “Rusiya Krımı özünə birləşdirməyə müvəffəq olarsa, sonra Dağlıq Qarabağa qoşunlarını yeridəcək” kimi iddialarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, erməni politoloqlarının bu kimi iddiaları absurddur:
“Çünki Rusiya onların iddia etdiyi addımları atmaq niyyətində deyil. Krım Rusiyanın Qara dənizdə hərbi donamnasıdır. Bundan əlavə, Krımın Rusiyaya birləşdirilməsi məsələsi bir illə deyil, on illərlə uzana bilər”.
Rusiya prezidentinin rəsmi nümayəndəsi bu kimi iddiaları irəli sürməkdə Ermənistanın məqsədinin nə olduğuna da aydınlıq gətirib:
“Bu kimi iddialar adi separatçılara məxsusdur. Onlar istini özgə əli ilə söndürməyə öyrəşiblər. Krım məsələsi birbaşa Rusiyanın gələcəyi ilə bağlıdır. Ümumilikdə Krım hərbi-dəniz donanması, Cənub ilə tranzit əlaqələri və ümumilikdə strateji və hərbi tərəfdən Rusiya üçün gərəklidir. Orada 1.5 milyon rus yaşayır. Dağlıq Qarabağ isə strateji təhlükəsizlik baxımından Rusiya üçün maraqlı deyil. Sadəcə, bu münaqişə Sovet İttifaqının vaxtında meydana gəldiyindən, Rusiya həmişə onu sülh yolu ilə həll etməyə çalışıb. Azərbaycan Rusiya üçün Cənubi Qafqazda strateji müttəfiq kimi böyük əhəmiyyət kəsb edir. Yalnız Azərbaycanın əhalisinin sayı Gürcüstan və Ermənistanın birlikdə əhali sayından artıqdır. Azərbaycan olduqca zəngin dövlətdir və Şimali Qafqazla sərhədləri var. Bu isə Şimali Qafqazda separtizmə qarşı müsbət qiymətləndirilir. Ermənistan isə Rusiya üçün maraqlı deyil. Rusiya Ermənistanda sadəcə hərbi baza yerləşdirib və Ermənistanın Rusiyadakı lobbisi və informasiya təbliğatı kifayət qədər güclüdür”.



































































































