Zakir Həsənov: “Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir”

Zakir Həsənov: “Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir”

Hazırda oxunan: Zakir Həsənov: “Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir”

0:00
0:00
37318

Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir. 

Bizim.Media xəbər verir ki, bu bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. 

Nazirin sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısını alınır. 

Z. Həsənov bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyi xüsusi vurğulayıb. 

Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO