Ceyhun Bayramov italiyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov italiyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov italiyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

3625

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

XİN-dən Bizim.Media-ya daxil olan məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər.

Həmçinin 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə də fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO