Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir? - Ermənilərin ETİRAFI

Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir? - Ermənilərin ETİRAFI

Hazırda oxunan: Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir? - Ermənilərin ETİRAFI
32638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda fəaliyyət göstərən mobil operatorların abunəçiləri çaşqınlıq və çaxnaşma içindədirlər. Yerli mətbuatda bu ölkədə bütün telefon danışıqlarının Azərbaycan tərəfindən dinlənildiyi barədə məlumat yayılıb.

Bizim.Media virtualaz.org-a istinadən bildirir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan ordusu qondarma rejiminin telekommunikasiya operatoru olan "Karabah Telekom"un qüllələrini ələ keçirib.

"Karabah Telekom" isə faktiki olaraq Ermənistanın "ArmenTel" mobil operatorunun əlavəsidir.

Erməni mətbuatı yazır ki, azərbaycanlılar "Karabah Telekom"un serverlərinin ehtiyat nüsxələrini ələ keçirərək Ermənistanın mobil şəbəkəsinə daxil olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTN) "buna heç bir sübut yoxdur" bildirərək abunəçiləri sakitləşdirməyə çalışıb.

Bununla belə, informasiya texnologiyaları üzrə mütəxəssis Artur Papyan hesab edir ki, qüllələr Azərbaycanın nəzarətinə keçəndən sonra, Bakı erməni şəbəkəsinə sərbəst şəkildə qoşula bilir.

"Azərbaycanlıların "Karabah Telekom"un serverlərindən ehtiyat nüsxələri silməyi bacarıb, və bu çox pis nəticələrə gətirib çıxara bilər", - Papyan erməni jurnalistlərə müsahibəsində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO