“Bu cəhdlər baş tutmayacaq”- Lavrov

“Bu cəhdlər baş tutmayacaq”- Lavrov

Hazırda oxunan: “Bu cəhdlər baş tutmayacaq”- Lavrov

3227

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Bizim.Media xəbər verir ki, Sergey Lavrov görüşdən sonra mətbuat qarşısında çıxış edib və jurnalistlərin suallarını cavablandırıb.

“Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir".

"Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq”.

O, bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar:

"İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar".

"Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm".

"Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO