İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng etdi - SƏBƏB

İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng etdi - SƏBƏB

Hazırda oxunan: İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng etdi - SƏBƏB

26601

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO