“Dedim, Şükür müəllim, getməyin,xa0 oradaxa0ermənilər sizi girov götürə bilər...”xa0

“Dedim, Şükür müəllim, getməyin,xa0 oradaxa0ermənilər sizi girov götürə bilər...”xa0

Hazırda oxunan: “Dedim, Şükür müəllim, getməyin,xa0 oradaxa0ermənilər sizi girov götürə bilər...”xa0

254324

Moderator.az 1979-cu ildən 1991- ci il noyabrın 20-də - görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək xa0DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən (tarix boyu DQMV-də azərbaycanlılar üçün ən yüksək vəzifəni tutan, Vilayət partiya komitəsinin 11 büro üzvündən yeganə azərbaycanlı)xa0 Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərini qısa şərhlərimizin müşayiəti ilə oxucuların diqqətinə çatdırır.

xa0

(Əvvəli bu linkdə://www.moderator.az/news/254199.html)

xa0

“Onlar Vilayət Prokurorluğuna daxil olan kimi 8 nəfər əli avtomatlıxa0 Şükür müəllimi girov götürüb...”

xa0

“...Erməni prokuror müavini gəldi mənim kabinetimə. Şükür Rzayev Ayrapetyana dedi ki, get Manuçarovun işi ilə bağlı sənədləri hazırla. Sabah gələcəmxa0 Vilayət Prokurorluğuna yoxlamağa, görüm, onunla bağlı cinayət işi niyə bağlanıb...

Manuçarov daş karxanasının direktoru idi və eyni zamanda “Krunk”un xa0liderlərindən biri idi.xa0 Manuçarovu və onun əlaltısı olan bir neçə ermənini bizimkilər tutubxa0 Şuşa türməsinə salmışdı.xa0 Ancaq sonradan Moskvanın diktəsi və təyziqi ilə onlar azadlığa buraxılmışdı. Nə isə.... Şükür Rzayev belə deyəndə Ayrapetyanxa0 cavab verdi ki, əşşi, Şükür müəllim, xa0nə danışırsız, sabah hara xa0gəlirsiniz, sizi də, məni də orada güllələyərlər...

Şükür müəllim əsəbləşərək Ayrapetyanın üstünə qışqırdı: “Ə, qələt edirlər, get, deyirəm sənə!..”

xa0Mən də işə qarışmağa məcbur olaraq dedim:

xa0

“Şükür müəllim, getməyin,xa0orada, Allah eləməmiş, xa0ermənilər sizi girov götürə bilərlər. Ondan sonra Tofiq İsmayılova mən nəxa0 cavab verərəm? Axı o, sizi mənə görə bura göndərib. Özü də mənə tapşırıb ki, onların üstündə rəhbər kimi sən qalırsan. Xahiş edirəm, getmək söhbətini yığışdırın, xa0yoxsaxa0 bu dəqiqə Tofiq İsmayılova zəng vuracam...”xa0

Şükür müəllim bir az sakitləşib cavab verdi: “Yaxşı, yaxşı,xa0 dava salma...”

Sonra xa0üzünü tutdu Ayrapetyana: “Onda sən get sənədləri hazırla, sabah bura gətirərsən...”xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 “Səhər tezdən oyananda baxdım ki, Şükür Rzayev yoxdur...”

Gecəni kabinetimdə elə döşəmənin üstünə sərdiyimiz odeyal və “buşlat”ların üstündəxa0 bir təhər yuxuladıq. Səhər tezdən oyananda baxdım ki, Şükür Rzayev yoxdur. Diş pastası, əl-üz dəsmalı da gözümə dəymədi. Qapının önündə hərbi komendaturanın kapitanı əyləşərdi. Çıxıb ondan soruşdum ki, Rzayevi görməmisən. Cavab verdi ki, gətirib şeylərini qoydu bura. Dedi, bir azdan qayıdacam. Sən demə,xa0 Şükür Rzayev komendaturadan Ayrapetyana zəng edib ki, gəl, məni apar ora. xa0Ayrapetyan da gəlib Şükür müəllimi aparıb. Və onlar Vilayət Prokurorluğuna daxil olan kimi 8 nəfər əli avtomatlı xa0Şükür müəllimi girov götürüb...

xa0

“Rəhmətlik İsmət Qayıbova zəng etdim ki, ermənilər sizin köməkçinizi girov götürüblər...”

xa0

Elə bil, məni ildırım vurdu. Dərhal zəng elədim Azərbaycanın bütün rəhbərlərinə, o cümlədən Respublikanın Baş prokuroru xa0rəhmətlik İsmət Qayıbova. Ona bildirdim ki, ermənilər sizin köməkçinizi girov götürüblər. İsmət müəllim təmkinini pozmadan cavab verdi ki, bu saat Bakıdan çıxıb gəlirəm ora...

xa0

Səhv etmirəmsə, 1991-ci il noyabrın 17-ı idi. xa0Baş prokuror İsmət Qayıbov bir qrup adamla gəlib çıxdı Xankəndinə və xa0oturdu Polyaniçkonun Təşkilat Komitəsi yerləşən binadakı keçmiş kabinetində. İsmət müəllim Vilayət prokurorunu, Vilayət Milis İdarəsinin rəisini və bir neçə digər vəzifəli şəxsləri çağırtdırıb başladı sorğu –suala...

xa0

“Komendaturadan bizə xəbərdarlıq etdilər ki, xa0ermənilər sizi də girovxa0 götürə bilərlər...”

xa0

Bu zamanxa0 komendaturadan bizə xəbərdarlıq etdilər ki, binanın həyətinə ermənilər toplaşıb, səs küy salırlar. Onlar binaya soxulub sizlərəxa0 xəsarət yetirə xa0və ya sizi də girovxa0 götürə bilərlər.xa0 Ancaq cəsarəti, qorxmazlığı, vətənpərvərliyi ilə seçilən İsmət müəllim deyilənlərə fikir vermirdi...

xa0

“Gecəyə yaxın İsmət müəllimi rus hərbçilərinxa0 zirehli transportyoruyla(“BTR”) Ağdama yola saldım...”xa0xa0xa0

xa0

Axşam tərəfi Baş prokuroru dilə tutmağa çalışaraq dedim:

“İsmət müəllim, xa0gəlin belə edək. Siz gedin Ağdama. Mən bu adamları göndərərəm yanınıza, dindirməni orada apararsınız. Nə tapşırığınız da var, orada verərsiniz, qayıdıb yerinə yetirərlər. Çünki bura çox təhlükəlidir, ermənilər doğrudan da binaya hücum çəkə bilər...”

xa0

Rəhmətlik əvvəlcə razılaşmadı. xa0Xeyli dilə tutduqdan sonra, axır ki, çox çətinlikləxa0 İsmət müəllimin razılığını aldım. Zəng vurdum komendaturaya və noyabrın 17-də gecəyə yaxın İsmət müəllimi və onunla gələn yoldaşları rus hərbçilərin xa0zirehli transportyoruyla(“BTR”) Ağdama yola saldım...”xa0xa0xa0

xa0

(Davamı var)xa0xa0xa0

xa0

Təqdim etdi: Sultan Laçınxa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO