"Hər kəs bunun fərqindədir ki, məsələ Ərdoğan məsələsi deyil, məsələ Türkiyə məsələsidir"

Hazırda oxunan: "Hər kəs bunun fərqindədir ki, məsələ Ərdoğan məsələsi deyil, məsələ Türkiyə məsələsidir"

236899
ABŞ-Türkiyə gərginliyinin artması hər ötən gün bütün dünyanın diqqətini bu problemə daha çox cəlb edir. Bu gərginliyin kökündə duran səbəblər, məlum qarşıdurmanın hər iki ölkəyə vuracağı zərər və s. siyasi ekspertlər tərəfindən ətraflı şəkildə şərh edilməkdə, ən müxtəlif rakurslardan dəyərləndirilməkdədir.

Moderator.az -a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Trampın sadəcə Türkiyə ilə deyil, dünyanın bir çox ölkəsi ilə qarşıdurmaya meyl etdiyinə diqqət çəkdi:

“Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Türkiyə bu bölgədə Amerikanın ən etibarlı müttfiqi olmaq özəlliyini hələ itirməyib. NATO-da ən güclü ordulardan biri və ordusunun savaş ruhuna görə birinci olan Türkiyə kimi bir dövləti itirmək Amerika üçün çox böyük itki olar. Hesab edirəm ki, Amerikanın ağıllı dövlət adamları bunun fərindədirlər.xa0

Trampın şəxsi keyfiyyətləri, habelə ailəsi ilə olan problemləri də siyasətə gətirməklə Amerikaya ciddi zərər vurur. Baxın: Tramp Meksika ilə problemli; Venesuela ilə problemli; Çinlə problemli; Almaniya ilə problemli; Fransayla problemli; Şimali Koreya ilə problemli; İranla problemli; Türkiyə ilə problemli və nəhayət xanımı ilə problemli. Mənə elə gəlir ki, ümumiyyətlə Tramp problemli adamdır.xa0

Tramp dünən axşam Türkiyəni təkrar hədələdi. Ancaq bunun dollar-lirə münasibətinə zərrə qədər təsiri olmadı. Tramp nə qədər Türkiyəyə hücum edirsə, türk milləti də o nisbətdə dövlətinin və prezidentinin ətrafında sıx birləşir. Türkiyə artıq Amerikanın diktəsi ilə oturub-durmağı qəbul edəcək qədər kiçik dövlət deyil. Trampı dəli edən budur ki, Türkiyə tam müstəqil siyasət yürüdür. Amerikanın nə deyəcəyinə baxmır. Əsas məsələ budur. Türkiyə gücləndikcə Tramp daha da qəzəblənir. ABŞ artıq Trampın şəxsində dünyada güvənilməz, hüquq tanımaz, hər işi sadəcə qaba güclə həll etməyə çalışan bir ölkə imici qazanır. Bu da Amerikaya olan sevginin yerini nifrətə buraxması ilə nəticələnir.xa0

Əgər bu siyasət dəyişməsə, Amerika dünyada təklənəcək. Xüsusilə vurğulamalıyam ki, sözdə rahib, amma əslində agent olduğu yüzdəyüz sübut edilmiş Brunson sadəcə bəhanədir. Bu, “a keçi, suyu niyə bulandırısan” məsələsidir. Türkiyə müstəqil siyasət yürüdür. İçəridki xain şəbəkələri – terroristləri təmizləyir. Bu da bəzilərinin xoşuna gəlmir. Ancaq türk milləti qərarlı bir şəkildəxa0 dövlətinin, prezidentinin yanındadır.xa0 Əgər əvvəllər Ərdoğanın tərəfdarı 52-53% idisə, indi ən azı 62-63%-dir. Çünki hər kəs bunun fərqindədir ki, məsələ Ərdoğan məsələsi deyil, məsələ Türkiyə məsələsidir! Biz də bu müddətdə Türkiyənin yüzdəyüz haqlı olduğuna inanır və dəstəkləyirik!

ABŞ-ın“CNN İnternational” telekanalı isə Türkiyənin ABŞ-a tətbiq etdiyi sanksiyaların vurduğu zərbədən bəhs edib. “Türkiyə ABŞ mallarına yeni qiyməti ilə ağır zərbə vurdu” başlığı ilə yayılan xəbərdə, ABŞ birjalarındakı azalmanın səbəbləri izah olunub. “CNN İnternational”a görə, Türkiyə ilə ticari savaş ABŞ birjalarının batırır”.

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO