Elçin Əmirbəyov: “İrəvan vaxtı gecikdirir və sülh prosesini dalana dirəyir”

Elçin Əmirbəyov: “İrəvan vaxtı gecikdirir və sülh prosesini dalana dirəyir”

Hazırda oxunan: Elçin Əmirbəyov: “İrəvan vaxtı gecikdirir və sülh prosesini dalana dirəyir”
216818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanın Almaniyadakı səfirinin İrəvanın artıq növbəti həftənin bazar ertəsi günü Bakı ilə sülh sazişi imzalamağa hazır olmasına dair bəyanatı inandırıcı deyil. Günü sabah yarımçıq bir müqaviləni imzalamaq təklifi nəinki real deyil, həmçinin qəbuledilməz və aldadıcıdır. Tərəflər hələlik saziş layihəsinin açıq qalan bir neçə mühüm müddəasını razılaşdıra bilməyiblər, onlar olmadan sənəd xam və natamam olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyada dərc edilən "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, sülhə nail olmaq yolunda əsas maneə Ermənistan konstitusiyasında öz əksini tapmış Ermənistan Respublikasının ölkəmizin beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə qarşı ərazi iddialarıdır: “Bu mühüm məsələni görməzdən gəlmək otaqdakı fili görməməkdir. Bununla da Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir, guya o, sülh prosesində konstruktiv mövqedə dayanıb. Əslində isə İrəvan vaxtı gecikdirir və sülh prosesini dalana dirəyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO