Türkiyəli nazir: “Azərbaycanla qardaşlığımız növbəti dəfə dünyaya nümayiş etdirildi”

Türkiyəli nazir: “Azərbaycanla qardaşlığımız növbəti dəfə dünyaya nümayiş etdirildi”

Hazırda oxunan: Türkiyəli nazir: “Azərbaycanla qardaşlığımız növbəti dəfə dünyaya nümayiş etdirildi”

207207

“Ölkə üzrə meşə yanğınları ilə mübarizədə bizə dəstək verən can Azərbaycana təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu dəfə də dünyaya nümunə olan qardaşlığımız özünü büruzə verdi. Bu qardaşlıq növbəti dəfə dünyaya nümayiş etdirildi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib.

Nazir bildirib ki, İzmirin Karşıyaka Yamanlar və Urla bölgələrində baş verən yanğın nəzarətə götürülüb:


“Bolu Göynükdəki yanğın da gərgin əmək sərf edilərək söndürüldü. Bölgədə əsən güclü küləyə baxmayaraq, qruplarımız yanğınları nəzarət altına ala biliblər. Hazırda beş bölgədə yanğınla mübarizə davam edir. Bu bölgələrdə də alovun tezliklə nəzarət altına alınacağını düşünürəm”.
Yanğının baş verdiyi günlərdə Türkiyənin dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən bütün qurum və təsisatların da səfərbər olduğunu vurğulayan nazir qeyd edib: “Bu günlərdə biz heç bir siyasi ayrı-seçkilik olmadan Vətənimiz üçün birləşdik”.

Noyabrın 11-də Türkiyədə qeyd edilən milli ağacəkmə bayramını xatırladan Yumaklı hər il olduğu kimi, bu noyabrda da 500 min ting əkərək bu bölgələri yenidən yaşıllaşdıracaqlarını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO