Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Hazırda oxunan: Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

188812

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Bizim.Media xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO