Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR – “Artıq təsərrüfatlara da hücum edirlər” – FOTO 

Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR – “Artıq təsərrüfatlara da hücum edirlər” – FOTO 

Hazırda oxunan: Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR – “Artıq təsərrüfatlara da hücum edirlər” – FOTO 

190665

Şəkinin Qayabaşı kəndi son vaxtlar sanki məişət tullantıları poliqonuna çevrilməsinə, sahibsiz itlərin tüğyan etməsinə baxmayaraq yerli bələdiyyə və icra orqanının əməkdaşları heç bir tədbir görmürlər. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakinləri məlumat verib. 

Qeyd olunur ki, antisanitar vəziyyət kəndi həm də sahibsiz heyvanların məskəninə çevirib. Zibillik əraziyə yığılan sahibsiz itllər, hətta vəhşi heyvanlar insanların təsərrüfatına da ziyan vurur.

Belə ki, bir neçə gün əvvəl həmin zibillik ərazinin yaxınlığında yerləşən evlərdən birinə hücum edən sahibsiz itlər 4 baş xırdabuynuzlu heyvanı tələf edib.

Sakinlər bildirir ki, yaşayış evlərinin yaxınlığına zibil tökülməsi nəticəsində burada üfunət iyindən dayanmaq olmur. Bu səbəbdən sahibsiz itlər də ərazini özlərinin məskəni seçib və onların sayı hər gün artmaqdadır.  Digər tərəfdən sahibsiz itlərlərlə yanaşı son vaxtlar ərazidə çaqqal və canavarlara da rast gəlinir ki, bu da ərazidəki təsərrüfat heyvanlarına da hər an təhlükə yaradır. 

Sakinlərə məxsus bir neçə baş xırdabuynuzlu heyvanların məhz vəhşi heyvanlar tərəfindən məhv edilməsi buna əyani misaldır. Baş verən son hadisə isə ərazidə yaşayan insanlar üçün əsasən də azyaşlıların məktəbə gəlib-getməsində ciddi problem yaradır. 
Məsələ barədə kənd icra nümayəndəliyindən ya bələdiyyədən mövqe öyrənmək istəsək də müxtəlif bəhanələrlə müsahibədən boyun qaçırdılar. Necə ki, dəfələrlə sakinlərin də müraciətinə bu cür etinasız yanaşılıb.

Ümid edək ki, sakinlərin müraciətlərinə yerli icra və bələdiyyə ciddi yanaşacaq və bu təhlükə tezliklə aradan qaldırılacaq.  

Mövzunu diqqətdə saxlayıb, sakinlərin probleminin həll edilib-edilmədiyini öyrənməyə çalışacağıq. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO