2024-cü ildə Azərbaycanın qarşısında hansı hədəflər var? – Xarici analitiklərin ÖZƏL TƏHLİLİ 

2024-cü ildə Azərbaycanın qarşısında hansı hədəflər var? – Xarici analitiklərin ÖZƏL TƏHLİLİ 

Hazırda oxunan: 2024-cü ildə Azərbaycanın qarşısında hansı hədəflər var? – Xarici analitiklərin ÖZƏL TƏHLİLİ 

171938

“Azərbaycan ötən il ümumən beynəlxalq arenada öz ərazi bütövlüyü və milli suverenliyinin təmin edilməsindən tutmuş Cənubi Qafqazda inteqrasiyanın inkişaf etdirilməsinə qədər bir çox proseslərdə vacib addımlar atıb. Rəsmi Bakı təkcə regionun gələcəyi üçün deyil, Cənubi Qafqazdakı layihələrə sərmayə qoymaq və münasibətləri genişləndirmək istəyən bir çox ölkələrin xeyrinə çox mühüm rol oynayıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında edən Amerikanın təhlükəsizlik üzrə eksperti, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman deyib. 

“Azərbaycan regional mərkəzə çevrilib”

Bakının qarşıya qoyduğu, onilliklərə hesablanan layihələri bir-iki il ərzində həyata keçirdiyini deyən Tsukerman, 2024-cü ildə də regionun əsas mərkəzinin məhz Bakı olduğunu qeyd edib:

“Azərbaycan 2023-cü ildə Qoşulmama Hərəkatına, eyni zamanda beynəlxalq təhlükəsizliyə töhfə vermək, Avropaya əsas neft və qaz tədarükçüsü kimi fəaliyyətini davam etdirmək, yaşıl enerji və yüksək texnologiya sektorunu inkişaf etdirmək kimi böyük işlər görüb. Müxtəlif qarşılıqlı maraqlar üzrə Aİ ilə əlaqələrini gücləndirib. 

Azərbaycan Qarabağın müxtəlif biznes sferaları üzrə beynəlxalq mərkəzə çevrilməsi üçün yenidən qurulması və COP-29-a ev sahibliyini təsdiqləməklə özünün enerji və ətraf mühit sahələrində əsas oyunçu olduğunu sübut edib. Bütün bunlar Bakını təkcə turistlər üçün deyil, həm də sərmayədarlar, tərəfdaşlar və getdikcə daha çox diplomatik əlaqələrin qovşağı üçün arzuolunan məkana çevirir və onu müxtəlif beynəlxalq forumlarda aparıcı rol oynamaq üçün rəqabətli məkan kimi tanıdır”, - deyə İ.Tsukerman əlavə edib.

“2024-cü ildə sülh müqaviləsi imzalanacaq”

Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar bildirib ki, 2023-cü il Azərbaycan üçün uğurlu olsa da, 2024-cü il üçün hədəflər daha da böyükdür. 

“2023-cü ildə Azərbaycan Qarabağın ərazi bütövlüyünü tamamilə bərpa etdi. 2024-cü ildə isə sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Düşünürəm ki, sülh müqaviləsi 2024-cü ildə imzalanacaq. Sülh müqaviləsində Ermənistanın təzminat verməsi, anklavların qaytarılması və Zəngəzur dəhlizinin açılması da yer alacaq”, - deyə A.Ağar əlavə edib.

“Azərbaycan xarici müdaxilələrin qarşısını alacaq”

Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadık Akyar Ermənistanı silahlandırmaqda davam edən ölkələrə layiqli cavabın verilməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, 2024-cü ildə Türkiyə və Azərbaycanın yaxın təmasları bir çox güclərə lazım olan cavabı vermək baxımından da önəmli olacaq.

“Azərbaycan 2023-cü ildə ən böyük qələbəni cəmi 23 saat ərzində qazandı. Bu sadə görünə bilər, amma Azərbaycan bu planı naxış kimi işlədi. 2 ildir proses gedirdi. Artıq “Qarabağ mövzusu bağlandı”, - deyə bilərik. Bundan sonra Qarabağ üçün ikinci qovluq açılır. Bölgənin reformu və yenidən inşası... 

Geriyə qalan əsas məqamlardan biri də xarici müdaxiləçilərin qarşının alınmasıdır. İnanıram ki, Bakı, diplomatik hücumların qarşısını Türk dövlətlərinin dəstəyi, dost ölkələrlə olan münasibətlərdən və öz enerji kartından istifadə edərək alacaq. Rəsmi Bakı Ermənistana verilən silahların sülhə təhlükə yaratdığını bütün dünyaya bildirəcək. İkincisi isə Azərbaycan Türkiyə ilə birlikdə öz müdafiə sənayesini qurmaq üçün addımları sürətləndirməlidir. 2024-cü ildə bu istiqamətdə də işlər görüləcək”, - deyə S.Akyar əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO