Biber ailəsində XOŞ XƏBƏR: Valideyn olacaqlar – FOTO/VİDEO 

Biber ailəsində XOŞ XƏBƏR: Valideyn olacaqlar – FOTO/VİDEO 

Hazırda oxunan: Biber ailəsində XOŞ XƏBƏR: Valideyn olacaqlar – FOTO/VİDEO 

191314

Aralarında problemlərin olduğu deyilən dünya şöhrətli məşhur cütlük Heyli və Castin Biber valideyn olacaqlar. 

Bizim.Media xəbər verir ki, onlar bununla bağlı sosial şəbəkə hesablarında məlumat yayıblar. 

Bu münasibətlə Heyli və Castin obyektiv qarşısına keçiblər. Sevinc dolu fotolarda Heylinin qarnının yuvarlaq olması diqqət çəkib.

Heylinin hamiləliyi ilə bağlı xəbərlər bir-birini əvəz etsə də, model bunun şayiə olduğunu deyərək, təkzib edirdi. Bu yaxınlarda insayderlər cütlüyün evliliklərində problemlərin olduğu barədə müxtəlif fərziyələr səsləndiriblər. Cütlük bu söz-söhbətlərə dəfələrlə münasibət bildirib, onlarla hər şeyin qaydasında olduğunu bildirib. 
Qeyd edək ki, Castin və Heyli 2009-cu ildə tanış olublar və 2016-cı ildə onların qısa romantikası olub. Heylidən ayrıldıqdan sonra Biber daha sonra ayrıldığı sevgilisi Selena Qomezin yanına qayıdıb və daha sonra o vaxtlar münasibətini yeniləyib. Biber və Qomez birdəfəlik ayrıldıqdan sonra Castin yenidən Heyli ilə görüşməyə başlayıb. 2018-ci ildə onlar nişanlanıb və bir neçə ay sonra evləniblər. 
 









Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO