XİN: Azərbaycan öz ərazisində Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir

XİN: Azərbaycan öz ərazisində Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir

Hazırda oxunan: XİN: Azərbaycan öz ərazisində Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir

156006

Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkənin Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri ilə bağlı bəyanatını şərhində deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Antiterror tədbirləri ilə bağlı Müdafiə Nazirliyi BRİFİNQ keçirir


"Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib. Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir", - şərhdə bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO