“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər müəyyənləşdirilib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə baş tutan üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
“Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəkləyir.
Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsini həll etmək üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır” – deyə Putin bəyan edib.
O, əlavə edib ki, sülhməramlı kontingentin taleyi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşma üzərində işin necə getməsindən asılı olacaq.
Bizim.Media