Ölkəmizdə kütləvi yayılan xəstəlik KORONAVİRUSDUR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ölkəmizdə kütləvi yayılan xəstəlik KORONAVİRUSDUR? – RƏSMİ AÇIQLAMA

161268

Son vaxtlar ölkədə koronavirusun genişlənməsi və yoluxma hallarının artması müşahidə olunur. Bəzi ailələrdə uşaqdan böyüyə qədər əksəriyyət soyuqdəymə, öskürək, qrip və adını çəkmədiyimiz bir çox əlamətlərdən əziyyət çəkir ki, bu da koronavirusun əlamətlərindən hesab olunur. 

“COVID”, yoxsa “Eris”?

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı sentyabr ayında yaydığı açıqlamasında, bir çox ölkələrdə “COVID 19”-un omikron variantının yeni ştamı olan “Eris”in aşkarlandığını və ən çox yoluxmanın Çin, ABŞ, Böyük Britaniya, həmçinin Avropa və Asiyada qeydə alındığını bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa yoluxma ilə bağlı gündəlik statistika niyə həftəliyə KEÇDİ? – TƏHLİL  


Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə isə Azərbaycanda son həftədə koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. 

Bəs, əhali arasında yayılan bu virus “COVID”dir, yoxsa onun hansısa mutasiyasısıdır? 

Bu və digər suallarımızı cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Bizim.Media-ya açıqlamasında, payız-qış aylarında soyuqların düşməsi nəticəsində hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hallarının sayında artımların olduğunu bildirdi.

Onun sözlərinə görə, bu, həm qrip və digər respirator virus infeksiyalarına, həm də koronavirus infeksiyasına aiddir: 

“Son vaxtlarda koronavirusa yoluxma halları təkcə Azərbaycanda deyil, digər ölkələrdə də artmaqdadır. Ölkəmizdə son həftə ərzində yoluxanların sayının rəsmi olaraq 156 nəfər olduğu bildirilib ki, bu da gündəlik 22 nəfər deməkdir. 

Ölkədə omikron ştamının dövriyyədə olması bəllidir, lakin onun sonuncu mutasiya altnövlərinin olub-olmaması haqda rəsmi açıqlama yoxdur. Omikron ştamı və onun altnövləri yoluxuculuq sürətinə görə bir-birindən fərqlənsələr də, əsasən yüngül xəstəlik halları törədirlər”.

İnfeksionist qeyd edib ki, vəziyyətin belə davam edəcəyi təqdirdə, sərt karantin tədbirlərini tətbiq etməyə ehtiyac qalmır:

“Azərbaycanda koronavirusa görə vaksinasiya prosesi dayandırılmayıb və müraciət əsasında insanlar peyvənd oluna bilərlər. İlk növbədə, əsasən risk qrupuna aid olan insanların peyvənd olunması tövsiyə edilir. Ancaq təkcə peyvəndləmə deyil, insanların yoluxması və xəstələnməsi hesabına da kollektiv immunitet formalaşıb və bu proses davam edir”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO