Sarkisyanın partiyası: “Ermənistan hər gün uçuruma doğru sürüşür”

Sarkisyanın partiyası: “Ermənistan hər gün uçuruma doğru sürüşür”

Hazırda oxunan: Sarkisyanın partiyası: “Ermənistan hər gün uçuruma doğru sürüşür”
85489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Erməni hakimiyyəti türklərin səsləndirdiyi və səsləndirmədiyi bütün ilkin şərtləri yerinə yetirib”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu iyulun 25-də jurnalistlərlə görüşündə sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib.

O, Ermənistanın hazırkı hakimiyyətinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin heç bir ilkin şərt olmadan getdiyi barədə bəyanatlarına münasibət bildirib. 

Müxalifətçinin sözlərinə görə, Ermənistanın indiki siyasi rəhbərliyi mümkün olan hər şeyi verib.

O, qeyd edib ki, geosiyasi proseslərin davam etməsi fonunda bütün dünya ölkələri uduzmağa yox, qalib gəlməyə çalışır. Ermənistan isə hər gün daha da uçuruma doğru sürüşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO