Çavuşoğlu: Türkiyə Rusiya və Ukrayna XİN başçılarının yeni görüşünün təşkili üzərində işləyir

Çavuşoğlu: Türkiyə Rusiya və Ukrayna XİN başçılarının yeni görüşünün təşkili üzərində işləyir

Hazırda oxunan: Çavuşoğlu: Türkiyə Rusiya və Ukrayna XİN başçılarının yeni görüşünün təşkili üzərində işləyir
67281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türkiyə Rusiya və Ukrayna xarici işlər nazirlərinin yeni görüşünün təşkili üzərində işləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu “Ahaber” telekanalına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistan Azərbaycanın sülh təklifinə müsbət cavab verməlidir" - Çavuşoğlu 


"İstanbulda danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub, lakin indiki mərhələdə biz bunun həyata keçirildiyini görmürük. Görüş yaxın bir-iki həftə ərzində baş tuta bilər. Biz bunun üzərində işləyirik, mən ötən gün həm Sergey Lavrov, həm də Dmitri Kuleba ilə danışdım. Lavrov Çində səfərdədir, daha sonra isə Hindistana gedəcək. Kuleba da hər iki tərəf bu görüşə hazır olduğu zaman gəlmək istədiyini dedi”, - deyə Çavuşoğlu bildirib. 

O, həmçinin Türkiyənin ordusunu Ukraynaya göndərmək fikrində olmadığını söyləyib: 

"Ukraynanın Türkiyənin qarant olmasını tələb etməsi Türkiyəyə güvənin sübutudur. Türkiyənin öz əsgərlərini göndərəcəyi ilə bağlı şərhlər isə reallığa uyğun gəlmir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO