Alen Simonyandan rusiyayönümlü müxalifətə istehza: "Üçbaşlı əjdahanın bir başı kəsildi" – VİDEO

Alen Simonyandan rusiyayönümlü müxalifətə istehza: "Üçbaşlı əjdahanın bir başı kəsildi" – VİDEO

Hazırda oxunan: Alen Simonyandan rusiyayönümlü müxalifətə istehza: "Üçbaşlı əjdahanın bir başı kəsildi" – VİDEO

617933

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələrindən və iqtidar partiyasının mütləq qələbəsindən sonra Ermənistan parlamentinin sədri Alen Simonyan rusiyayönümlü müxalifətə qarşı sarkazmla və sərt bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, Simonyan şəxsi sosial şəbəkə hesabı vasitəsilə yaydığı video-müraciətdə seçkilərdə ikinci yeri tutan “Güclü Ermənistan” Blokunun üzvlərini və tərəfdarlarını hədəf alıb.

Parlamentin sədri müxalifətin seçki nəticələrini həzm edə bilməməsini və daxildə gərginlik yaratmaq cəhdlərini lağa qoyaraq bildirib:

"Nə deyəsən, çox ağır şəkildə uduzdunuz... İndi də oturub bizim hər bir hərəkətimizi, üz mimikalarımızı və ifadələrimizi ciddi-cəhd canfəşanlıqla təhlil edirsiniz, onlarda hansısa təsəlli axtarmağa çalışırsınız. İndi isə, böyük ehtimalla, nə danışacağınızı, nə edəcəyinizi belə bilmirsiniz. Çünki ağır dərəcədə məğlub oldunuz, vəssalam! Nə danışmaq olar ki?! Ağır məğlubiyyətdir".
 

Alen Simonyan parlamentə daxil olan yeni müxalif deputatları İrəvanda parlamentarizm prinsiplərinə uyğun fəaliyyət göstərməyə çağırıb, lakin qanunları pozmaq istəyənlərə də ciddi xəbərdarlıq edib:


"Biz parlamentə keçən deputatları böyük məmnuniyyətlə gözləyirik. Onlarla parlament müstəvisində təcrübə mübadiləsi aparmağa hazırıq. Biz parlamentdə xalqımızın maraqları üçün qanunların qəbulunu gözləyirik. Lakin o insanlar ki, qanunları pozublar və elə düşünürlər ki, seçkilərdən sonra bununla nəsə dəyişəcək — onlar çox acınacaqlı şəkildə səhv edirlər.

Üçbaşlı bədheybətin bir başı artıq kəsilib, digər iki başı isə sadəcə zaman məsələsidir. Çox az qalıb, lap az qalıb".

Xatırladaq ki, seçkilərin yekun nəticələrinə görə, Nikol Paşinyanın partiyası 61 mandatla mütləq çoxluğu qoruduğu halda, müxalif “Güclü Ermənistan” Bloku cəmi 28 mandat əldə edə bilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO