Qaqik Çarukyan: "Səhərdən 50 tərəfdarımız saxlanılıb"

Qaqik Çarukyan: "Səhərdən 50 tərəfdarımız saxlanılıb"

Hazırda oxunan: Qaqik Çarukyan: "Səhərdən 50 tərəfdarımız saxlanılıb"
617719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyan parlament seçkiləri zamanı rəhbərlik etdiyi siyasi qüvvənin üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərin olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran Çarukyan səhər saatlarından etibarən kütləvi saxlanılmaların baş verdiyini bildirib:
 

"İnsanları tamamilə əsassız yerə, heç bir səbəb olmadan aparıblar. Lakin bu, problemin həlli yolu deyil — xalq artıq bu cür üsullardan yorulub və cana doyub", — deyə partiya lideri qeyd edib.


Xatırladaq ki, Ermənistanda bu gün keçirilən parlament seçkiləri fonunda hakimiyyət və müxalifət düşərgəsi arasında qarşılıqlı ittihamlar, eləcə də müxtəlif siyasi qüvvələrin tərəfdarlarının seçki qanunvericiliyini pozma və rüşvət ittihamları ilə saxlanılması barədə məlumatların intensivliyi artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO