Andrey Sibiga: "Rusiyada artıq təhlükəsiz yer qalmayıb"

Andrey Sibiga: "Rusiyada artıq təhlükəsiz yer qalmayıb"

Hazırda oxunan: Andrey Sibiga: "Rusiyada artıq təhlükəsiz yer qalmayıb"

617674

Ukraynanın xarici işlər naziri Andrey Sibiga bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə birbaşa danışıqlardan imtina etməklə, uğursuz müharibədən çıxmaq şansını əldən verib.

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı nazir "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında yazıb.

"Rusiya üçün vəziyyət getdikcə pisləşəcək. Döyüş meydanındakı itkilər artmaqda davam edəcək, məğlubiyyətlər isə daha da alçaldıcı xarakter alacaq. İqtisadiyyat resessiyaya daha dərindən qərq olacaq, iş yerləri itiriləcək, vergilər artacaq, inflyasiya isə ən çox əhalinin həssas təbəqəsinə zərbə vuracaq", — deyə Sibiga qeyd edib.
 

Ukrayna XİN rəhbəri vurğulayıb ki, Rusiyada artıq Ukraynanın uzaqmənzilli sanksiyalarından yayına biləcək təhlükəsiz yer yoxdur: "Bu sanksiyaların intensivliyi getdikcə artacaq. Beynəlxalq təzyiqlər zəifləməyəcək, əksinə, aktivlərin dondurulması, səyahət qadağaları və törədilmiş cinayətlərə görə qaçılmaz məsuliyyət də daxil olmaqla daha da güclənəcək".


"Rusiya onsuz da gec-tez diplomatik həll yolu ilə razılaşmalı olacaq, lakin həmin vaxt şərtlər indikindən qat-qat ağır olacaq. Putinin sülhdən imtina etməsi Rusiyaya qarşı beynəlxalq təzyiqlərin əhəmiyyətli dərəcədə artırılmasına və Ukraynaya dəstəyin gücləndirilməsinə rəvac verməlidir", — deyə nazir əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Putunə açıq məktub ünvanlayaraq müharibəyə son qoymaq məqsədilə danışıqlar aparmağı təklif etmişdi. Rusiya Prezidenti isə cavabında belə bir görüşün keçirilməsində heç bir məna görmədiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO