Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə yoluxanların sayı azaldı - SON STATİSTİKA
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 937 nəfərin test edildiyi, 19 357 nəfərin testinin pozitiv nəticə verdiyi, 24 278 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 910 438 peyvənd tətbiq edilib ki, bunun 90,82 faizi birinci, 81,61 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bizim.Media