“Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır”.
Bizim.Media-nın məlumatına görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Ərdoğan arasında GÖRÜŞ
O bildirib ki regionumuzda nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun canlandırılması istiqamətində səylərimiz ardı-arası kəsilmədən davam edir.
“Türkiyənin rəhbərlik etdiyi Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdə səylərimizin ən konkret təzahürüdür”, - deyə Ərdoğan vurğulayıb.
Bizim.Media