İranda həbs olunan azərbaycanlı fəalın taleyindən xəbər yoxdur

İranda həbs olunan azərbaycanlı fəalın taleyindən xəbər yoxdur

Hazırda oxunan: İranda həbs olunan azərbaycanlı fəalın taleyindən xəbər yoxdur
44465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran təhlükəsizlik qüvvələri oktyabrın 30-da Gilan vilayətinin Rəşt şəhərində yaşayan güneyli milli fəal Vədud Əsədinin evinə basqın edib.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, azərbaycanlı fəal Vədud Əsədinin tutulmasından artıq dörd gün keçsə də, onun harada, hansı səbəbdən tutulması və vəziyyəti haqda heç bir məlumat yoxdur.
 

Vədud Əsədi saxlanıldıqdan sonra ona aid kompüter, eləcə də mobil telefonu müsadirə edilib. Hökumət qüvvələri habelə azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.


Qeyd edək ki, Vədud Əsədi əvvəllər də bir neçə dəfə həbs olunub və təhdidlərə məruz qalıb.

Cənubi azərbaycanlı fəal Vətən müharibəsi zamanı da İranın Ermənistana göstərdiyi yardımlara etiraz etdiyi üçün 13 gün müddətinə həbs olunmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO