Ermənistan parlamenti imtina etdi: “Azərbaycanın polis postu müzakirə edilməyəcək”

Hazırda oxunan: Ermənistan parlamenti imtina etdi: “Azərbaycanın polis postu müzakirə edilməyəcək”

36691

Ermənistanın müxalif “Ermənistan” fraksiyası Azərbaycan polisinin Zəngəzurdakı postu ilə bağlı məsələnin müzakirə olunmasını tələb edib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, adı çəkilən fraksiyanın katibi Arçvik Minasyan parlamentin iclasında Azərbaycanın Gorus-Qafan yolunda yeni polis postu qurması və İrəvanın buna səssiz qalmasından gileylənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan polisi Gorus-Qafan yolunda İranın yük maşınlarını yoxlayır


Minasyanın Paşinyan hökumətinə əsas iradları bunlardır:

“Milli təhlükəsizlik xidmətinin bəyanatı “dişsizdir” və Ermənistanın maraqlarına xidmət etmir.

Parlamentli respublika olduğumuzu nəzərə alaraq, fraksiyamız bunun müzakirəyə çıxarılmasını və orada (Zəngəzurda) nə baş verdiyini bilmək istəyir”.

Spiker Alen Simonyan digər müxalifətçi Qeqam Manukyanın da oxşar çıxışına münasibət bildirərkən məsələnin indi müzakirə edilməyəcəyini bildirib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO