Hadrut Şərab Zavodu artıq Azərbaycandadır

Hadrut Şərab Zavodu artıq Azərbaycandadır

Hazırda oxunan: Hadrut Şərab Zavodu artıq Azərbaycandadır

3047

“Bizim Hadrutda böyük şərab zavodumuz qaldı, indi ora bütünlüklə Azərbaycan tərəfi nəzarət edir''.

''Tuğ kəndində yerləşən zavod böyük sistemə malik idi, bağlar, çənlər, şərab dolu anbarlar hamısı indi düşmənin mülkiyyəti oldu”.

Bizim.Media xəbər verir ki, bunu Sputnik-Armeniyaya açıqlamasında Ermənistan Milli Şərab Mərkəzinin prezidenti Avaq Arutyunyan deyib. 

Arutyunyan qeyd edib ki, hamımız şok vəziyyətindəyik. Bir milyon dollara yaxın qiyməti olan zavodu itirmişik.

İndi fikirləşirik ki, şərab istehsalçıları birləşib Qarabağda başqa bir şərabı sexi yaratsınlar. 

Sputnik-Armeniya qeyd edib ki, zavodun əsası 2002-ci ildə qoyulub. İlk şərabın süzülməsinə 2010-cu ildə başlanılıb.

Xindoqni üzüm növündən hazırlanan şərablar 100 faiz natural hesab edilir.

Şərab Qarabağın meşələrindən qırılmış palıd ağaclarından hazırlanmış çənlərdə saxlanılır. 

Xatırladaq ki, sovet dövründə Azərbaycan malı adı altında xindoqnı üzüm növündən hazırlanan “Hadrut”, “Xindoqnı” şərabları bütün SSRİ-də məşhur idi.

Torpaqlarımızın azadlığından sonra bu şərabların xalis Qarabağ üzümündən hazırlanmış həm köhnə, həm də yeni növlərinin mağazalarımızda görünəcəyi gün artıq çox da uzaqda deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO