İrəvan sərhəddəki vəziyyəti nəzərə alaraq baş nazir müavinlərinin timsalında yaradılan üçtərəfli komissiyanın konstruktiv işini mümkün hesab etmir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan çərşənbə axşamı jurnalistlərə açıqlamasında deyib.
Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclasının vaxtının Bakı ilə İrəvana bağlı olduğunu bildirmişdi.
"Hal-hazırda bu iş davam etmir, çünki vəziyyət sabit olsa, təsirli olar. Sərhəddəki vəziyyəti nəzərə alaraq konstruktiv işlərin mümkün olduğunu düşünmürəm” deyə Qriqoryan qeyd edib.
Bu vaxta qədər işçi qrup daxilində işlər olduqca konstruktiv şəkildə davam edib. Baş nazirin müavini ümid edir ki, "işçi qrupunun bütün üzvləri tərəfindən göstərilən sağlam düşüncə qalib gələcək, Azərbaycanla Ermənistan arasında və müvafiq olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycanın ərazisi ilə dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar açmaq mümkün olacaq".
Bizim.Media
- A-
- A
- A+
Region
11:39 / 01.06.2021
İrəvandan rəsmi açıqlama: “Qarabağla bağlı yaradılan üçtərəfli komissiyanın işi dayandırılıb”
Hazırda oxunan: İrəvandan rəsmi açıqlama: “Qarabağla bağlı yaradılan üçtərəfli komissiyanın işi dayandırılıb”
Hazırda oxunan: İrəvandan rəsmi açıqlama: “Qarabağla bağlı yaradılan üçtərəfli komissiyanın işi dayandırılıb”
23097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.