Rusiya Ermənistan-İran sərhədində tikinti aparır - PAŞİNYANDAN XƏBƏRSİZ

Rusiya Ermənistan-İran sərhədində tikinti aparır - PAŞİNYANDAN XƏBƏRSİZ

Hazırda oxunan: Rusiya Ermənistan-İran sərhədində tikinti aparır - PAŞİNYANDAN XƏBƏRSİZ
137343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi, Rusiya Ermənistan-İran sərhədindəki Meğri keçid məntəqəsini genişləndirir. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, informasiya erməni mətbutında yer alıb.

Paşinyan qeyd edib ki, Rusiya sərhədçiləri tərəfindən Meğridə (Ermənistan-İran sərhəddində) aparılan tikinti ilə bağlı məlumatı yoxlamaq lazımdır.
“Bütün hərəkətlər Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir”, - deyə o vurğulayıb.

Baş nazir bu məlumatı yoxlayacağına söz verib:

“Deyilənlər razılaşdırılmış çərçivədən kənara çıxarsa, Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə xələl gətirərsə, şübhəsiz ki, bu, müzakirə olunacaq. Əlbəttə, bizimlə razılaşdırılmış yerlər var, lakin bu o demək deyil ki, orada daimi qalmalıdırlar. Bütün bu detalları rusiyalı həmkarlarımızla müzakirə edəcəyik”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO