İran vətəndaşları ölkəni tərk edir - SƏBƏB/STATİSTİKA

İran vətəndaşları ölkəni tərk edir - SƏBƏB/STATİSTİKA

Hazırda oxunan: İran vətəndaşları ölkəni tərk edir - SƏBƏB/STATİSTİKA

128396

İran üzrə 2022-ci il miqrasiya hesabatında yaşamağa ümidin azalması, iqtisadi stabilliyin və əsas azadlıqların olmamasına toxunulub. 

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, hesabatda İranda mühacirətin yeni mərhələyə keçdiyi, yəni kütləvi miqrasiyaya çevrildiyi haqda xəbərdarlıq edilir.

Cəmiyyətin daha çox təbəqələri ölkədən köçmək istəyir. Miqrasiya üzrə şirkətlərin sayı göbələk kimi çoxalır. Miqrasiya firmalarına təhsil, iş və qaçqın kimi müraciətlərin sayı durmadan artmaqdadır.

İran bu siyahıda 112-ci yerdədir və 2020-ci ilə nisbətdə 12 pillə geriləyib. Hesabata görə, İran heç bir istedadı cəlb edə bilməyib və əksinə ölkədən beyin axını sürətlənib.

İranlıların Ali Katibliyinin hesabatına görə, 2020-cil ildə ölkəni tərk etmiş iranlıların sayı 2.062.000 (iki milyon altmış iki min) nəfərdir. 

Bütün bunlara səbəb, ölkədə düzgün idarəçiliyin olmamasıdır. Həmçinin siyasi-iqtisadi problemlər o həddə çatıb ki, ölkəni tərk edən iranlılar yenidən geri dönmək istəmirlər.

Türkiyəyə 2019-2021-ci illər ərzində mühacirət edən iranlıların sayı Avropa Birliyi, Britaniya və Avstraliyada yaşayan iranlıların sayından çox olub. Sözügedən illərdə iranlılar Türkiyədə daha çox ev alan və sərmayə yatıranlar siyahısında liderlik ediblər. 2021-ci ildə İranı qaçqın kimi tərk edənlərin sayı isə 20593 nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO