Lavrovdan Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA 

Lavrovdan Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Lavrovdan Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA 

126518

“Biz Laçın yolunun ətrafındakı, ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik”. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. 

"Üçtərəfli razılaşmaların bütün istiqamətlər üzrə danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini təsdiq etdik.

Cənubi Qafqazda iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı görülən işlər nəzər alınaraq ümid edirik ki, üçtərəfli işçi qrupun həmsədrləri-baş nazirlərin müavinləri konkret razılığa gələ biləcəklər.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyətinin Rusiyanın məşvərətçi yardımı ilə aktivləşdirilməsinin tərəfdarıyıq. Rusiya tərəfindən İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazırlıq ifadə olunub”, - deyə Rusiya XİN başçısı vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO