Zəlzələdən əziyyət çəkmiş xoylu ananın FƏRYADI – “Acından ölürük” – VİDEO  

Zəlzələdən əziyyət çəkmiş xoylu ananın FƏRYADI – “Acından ölürük” – VİDEO  

Hazırda oxunan: Zəlzələdən əziyyət çəkmiş xoylu ananın FƏRYADI – “Acından ölürük” – VİDEO  

118380

“Zəlzələ bizi çətin duruma salıb. Mənim 7 övladım var. Aclıqdan, susuzluqdan ölürük, bilmirəm nə edim”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən əziyyət çəkən sakinlərdən biri deyib.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ahıl yaşlı qadın zəlzələdən sonra yaranmış kritik vəziyyətdən şikayətlənib.

O, hökumət tərəfindən zərərçəkmişlərə hər hansı yardımın göstərilmədiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 29-u İranın Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2 nəfər ölüb, 800-dən çox şəxs isə yaralanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO