
- A-
- A
- A+
Zaxarova: “Ermənistanın rus hərbçiləri ilə bağlı bəyanatı absurddur” - VİDEO
“Rusiya hərbçiləri və sərhədçiləri onilliklər ərzində Ermənistanın təhlükəsizliyinə töhfə verirlər. Rəsmi İrəvanın bu mövzu ilə bağlı verdiyi bəyanatlar absurddur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, inkar edilə bilməyən obyektiv reallıqdır:
“Daha əvvəl isə Ermənistan rəhbərliyi Rusiyanın mövcudluğunu müsbət qiymətləndirmişdi”.
Zaxarovanın fikrincə, rus hərbçilərini ölkədən çıxarmağa çalışan avantürüstlər belə bir addımın nə ilə nəticələnəcəyini dərk etmirlər.
Diplomat qeyd edib ki, iki xalqı möhkəm dostluq bağlayır və Moskva əlaqələri ikitərəfli formatda və inteqrasiya birliklərində genişləndirmək əzmindədir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































