Putin Almaniya ilə bağlı yanıldığını ETİRAF ETDİ – “Onlardan bunu gözləmirdim” - VİDEO 

Putin Almaniya ilə bağlı yanıldığını ETİRAF ETDİ – “Onlardan bunu gözləmirdim” - VİDEO 

Hazırda oxunan: Putin Almaniya ilə bağlı yanıldığını ETİRAF ETDİ – “Onlardan bunu gözləmirdim” - VİDEO 
108821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Almaniyanın keçmiş kansleri Angela Merkeldən bunu gözləmirdim”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda təşkil olunan Avrasiya İqtisadi İttifaqının sammitindən sonra keçirilən mətbuat konfransında Almaniyanın sabiq kanslerinin Minsk razılaşmaları ilə bağlı açıqlamasına dair sualı cavablandırarkən deyib.

O, Almaniyanın Rusiyanın yanında olduğunu düşünməklə, yanıldığını qeyd edib:

“Mən düşünürdüm ki, Almaniya Federasiyası bizi səmimi qəlbdən dəstəkləyir. Düzdür, müharibə zamanı onlar Ukrayna tərəfinə müəyyən yardımlar göstəriblər, amma mən Almaniyanın bu məsələdə Rusiyanın yanında olduğunu və həqiqi mənada Minsk razılaşmasına müvafiq olaraq münaqişənin normallaşmasına çalışdığını zənn edirdim”.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Angela Merkel deyib ki, Minsk razılaşmaları Ukraynaya güclənmək üçün “qiymətli vaxt” verib:

“2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi və ölkə bu gün gördüyünüz kimi, güclənmək üçün də həmin vaxtdan istifadə etdi. Ukrayna 2014-2015-ci illərdəki  Ukrayna deyil”.

Putin Ukrayna ilə bağlı danışarkən bildirib ki, Rusiya Ukraynayla bağlı məsələyə gec münasibət bildirib:

“Biz daha tez başlamalıydıq, amma bu problemi sülh yolu ilə həll edəcəyimizə ümid edirdik”.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO