“Azercell” saytını yenilədi - VİDEO

“Azercell” saytını yenilədi - VİDEO

Hazırda oxunan: “Azercell” saytını yenilədi - VİDEO

9913

Azərbaycanın lider mobil rabitə operatoru “Azercell Telekom” MMC saytında yenilənmə edib.

Bizim.Media xəbər verir ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş edən “Azercell Telekom” MMC abunəçilərinin işini daha da rahatlaşdıracaq finksiyalarla tətbiqini davam etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda ilk rabitə əlaqəsini yaradan Azercell - Video 


“Azercell” şəhidimizin ailəsini himayəyə götürdü


Daha rahat funksiya  ilə abunəçilərin ixtiyarına verilən “Şəxsi Kabinet” mobil tətbiqinin yeni versiyası əlçatan, rəqəmsal xüsusiyyətlərə və yeni imkanlara malikdir. 

“Şəxsi Kabinet” tətbiqi istifadə edilən nömrənin rəsmi sahibini asanlıqa öyrənə bilir. 

Yenilənmiş Azercell yeni rəqəmsal erada aktual olan biznes saytı yaratmağa da yardım edir.

Saytın istifadə tətbiqində yer alan ”Biznesim Veb” xidməti dünyanın rəqəmsal xidmətlərini daha da əlçatan edir.

”Biznesim Veb” xidmətinin köməyilə Azercell korporativ abunəçilərinə bizneslərini daha da genişləndirməyə və inkişaf etdirməyə dəstək olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərimiz Şuşadan canlı yayıma zəng etdi - AUDİO


Abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” hazırda bütün mümkün platformalar üzərindən xidmət spektrini davamlı şəkildə genişləndirir.

Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail olub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO