Təmizlik işçisindən “Bakı Metropoliteni”nə İTTİHAM – VİDEO 

Təmizlik işçisindən “Bakı Metropoliteni”nə İTTİHAM – VİDEO 

Hazırda oxunan: Təmizlik işçisindən “Bakı Metropoliteni”nə İTTİHAM – VİDEO 

98004

Sosial şəbəkələrdə Sevil Xanbabayeva adlı şəxs “Bakı Metropoliteni” QSC ilə bağlı videomüraciət yayıb. 

Bizim.Media xəbər verir ki, özünü metrodakı işindən azad olunan süpürgəçi kimi təqdim edən qadın iddia edib ki, sözügedən qurumda 10 işçinin 9-u Rafael adlı şəxsin 3 milyonluq bağına göndərilir və orada dəyəri yüz minlərlə olan ağacların əkib-becərilməsinə cəlb olunurlar:

“Mənə zülm edirlər, səsimi çıxara bilmirəm ki, bala böyüdürəm, oxuduram, bütün övladlarımın yükü mənim çiynimdədir. Gedib-gəlib məni şantaj edirlər. Mənə kömək edin, çıxılmaz durumdayam”. 
 

S.Xanbabayeva metronun “Ulduz” stansiyasında işlədiyini vurğulayıb.  

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo.az”a açıqlamasında bildirib ki, bununla bağlı araşdırma aparılır:

“Videomüraciəti edən şəxs “Bakı Metropoliteni” QSC-nin əməkdaşı deyil. Onun dediyi ifadələrin hər hansısa bir əsası yoxdur. Xanımın söylədiklərinə əsasən, o, Bakı metropoliteni stansiyalarında təmizlik işləri ilə məşğul olub. 

Qeyd edim ki, stansiyalarda təmizlik işlərini müvafiq tenderdə qalib gələn “Tais İFK” MMC şirkəti icra edir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq şirkətlə müqavilə imzalanır və öhdəliklərə uyğun olaraq yerinə yetirilir. 

Bakı Metropoliteni QSC-nin əməkdaşlıq etdiyi hansısa qurumun daxili kadr siyasətinə, insan resursları və digər məsələlərə qarışmasına istər qanunvericilik, istərsə də hüquqi-etik normalar baxımından səlahiyyəti yoxdur”. 

B.Məmmədov əlavə edib ki, əldə olunmuş məlumat adıçəkilən şirkətə araşdırmaq üçün göndərilib və şirkət bununla bağlı artıq müstəqil qaydada Bakı Metropoliteninin heç bir müdaxiləsi olmadan öz araşdırmasını aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO