
- A-
- A
- A+
Praqada bu gün Avropa Siyasi Birliyinin toplantısı keçiriləcək
Bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı keçiriləcək.
Bizim.Media "consilium.europa.eu"ya istinadən xəbər verir ki, iclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə də dəvətlidir.
Onların arasında Azərbaycan da var.
İclasda Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.
Tədbirin açılış mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Saat 18:00-da isə ikitərəfli görüşlər keçiriləcək.
Qeyd edək ki, bu gün Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüşün keçiriləcəyi bildirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































