Gürcüstanda 2 illik fasilədən sonra Şəhər günü KEÇİRİLİB

Gürcüstanda 2 illik fasilədən sonra Şəhər günü KEÇİRİLİB

Hazırda oxunan: Gürcüstanda 2 illik fasilədən sonra Şəhər günü KEÇİRİLİB

96902

Oktyabrın 1-də Tbilisidə Şəhər Günü münasibətilə kütləvi bayram tədbirləri təşkil olunub.

Bizim.Media xəbər verir ki, şənliklər koronavirus pandemiyasının yaratdığı iki illik fasilədən sonra ilk dəfə təşkil olunub.

Şəhər meri Kaxa Kaladze ailəsi ilə birgə bayram tədbirində iştirak edib.

“İki illik fasilədən sonra yenidən milli bayramı – Tbilisi bayramını qeyd edirik. Mən çox şadam ki, bu gün çoxlu insanlar yığışıb bayramı qeyd edirlər, əylənirlər. Biz bu iki günün yerli sakinlər, eləcə də qonaqlar üçün maraqlı keçməsi məqsədilə hər cür şərait yaratmışıq”, - jurnalistlərə açıqlamasında mer bildirib.

Qeyd edək ki, Tbilisi günü ilk dəfə 1979-cu il oktyabrın 28-də keçirilib və o vaxtdan bəri hər il təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO