
- A-
- A
- A+
Xocavənddə 2 şəhidin ildönümü KEÇİRİLİB - FOTO
Xocavənddə Məzahir Göyüşov və Ceyhun Nüsrətlinin şəhid olmasının il dönümünə həsr edilmiş tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mərasim Xocavənd qəsəbəsində yerləşən Şəhidlər xiyabanında keçirilib. İştirakçılar şəhidlərin xatirəsini ehtiramla yad edərək onların ruhuna dualar oxuyub.
Rayon rəhbəri Eyvaz Hüseynov öz çıxışında Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Göyüşov Məzahir Niyaz oğlunun və Nüsrətli Ceyhunn Aqil oğlunun döyüş yolu barədə ətraflı məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib. Mərasim Tuğ kəndi və Füzuli rayon 55 nömrəli tam orta məktəbinin sagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya ilə davam edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































