Dövlət xəstəxanalarından analiz cavablarının alınması ilə bağlı YENİ QAYDA 

Dövlət xəstəxanalarından analiz cavablarının alınması ilə bağlı YENİ QAYDA 

Hazırda oxunan: Dövlət xəstəxanalarından analiz cavablarının alınması ilə bağlı YENİ QAYDA 
95196
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb.

Laboratoriyalarda keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunur.

Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.

Artıq ambulator və stasionar pasientlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər.
Pasientlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.its.gov.az) vasitəsi ilə əldə edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO