Samux qəzasında xəsarət alan daha bir sərnişin öldü

Samux qəzasında xəsarət alan daha bir sərnişin öldü

Hazırda oxunan: Samux qəzasında xəsarət alan daha bir sərnişin öldü

93171

Dünən Samux rayonunda baş verən ağır qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri də vəfat edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1963-cü il təvəllüdlü İlqar Yusif oğlu Əsgərovdur. 

Xatırladaq ki, ötən gün  Samuxun Yeni Kür qəsəbə yolunda hərəkətdə olan su daşıyan ZİL markalı avtomobillə  “VAZ 2106" markalı minik maşını toqquşmuşdu.

Qəza zamanı minik avtomobilinin sərnişini, 1953-cü il təvəllüdlü Knyaz Mustafayev hadisə yerində dünyasını dəyişmiş, 2 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO