Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 MİLYONLUQ İDDİA 

Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 MİLYONLUQ İDDİA 

Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 MİLYONLUQ İDDİA 

91768

Prezident Administirasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, eyni zamanda sabiq deputat olan İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb. 

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki,  üzüm emalı ilə məşğul olan “Dostluq MK” şirkətinin rəhbəri, iş adamı Mənsur İbrahimov onu məhkəməyə verib.  

O iddiasında bildirib ki, şirkəti 2011-ci ildə təsis edib.  

2019-cu ildə İlham Əliyevlə Xaçmaz rayonu 1 saylı notariat ofisində müqavilə bağlayaraq şirkətdəki payını 3 milyon manata satmağa razılıq verib. İ.Əliyev ilkin olaraq 5600 manat ödəniş edərək qalan pulu ödəyəcəyinə vəd verib.  

Bir müddət sonra M.İbrahimov İ.Əliyevin vədini yerinə yetirmədiyini görüb Şabran Rayon Məhkəməsinə müraciət edib. Müqavilənin etibarsız hesab edilməsini istəyib. 

Daha sonra iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə yönləndirilib. İddia hakim Emin Əliyevin icraatına verilib. Məhkəmə araşdırması davam edir. 

Xatırladaq ki, İ.Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.  
Daha sonra uzun müddət mediada görünməyən İ.Əliyev bu ilin aprelində Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı "Rolls Royce” avtomobilini idarə edərkən görülmüşdü. Onun hazırda bizneslə məşğul olduğu bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO